8 C
Baku
Thursday, December 12, 2024

Tesla-nın avtopilot kamerası sürücünü izləyəcək

Tesla elektrikli avtomobil sektorunda liderliyini qorumaq yolunda dah bir addım atıb.

Türkiyə KİV-nə istinadən xəbər verilir ki, şirkətin avtopilot sistemində yenilik tətbiq olunacaq.

Tesla avtopilot kamerası ilə sürücünü izləməyi planlaşdırır.

Bəzi sürücülər avtomobilin sistemini yanlı yönləndirmək üçün müəyyən aralıqlarla sükana toxunaraq yola çox da diqqət göstərmirdilər. Bu, polis müdaxiləsindən sonra ortaya çıxmışdı.

 

Arxa güzgüyə quraşdırılan kamera birbaşa sürücünü müşahidə edəcək, qəza baş verdiyi halda hadisənin səbələrini ortaya çıxaracaq.

Bir haker Tesla-nın sistemini müşahidə edərkən daxili kamera tərəfindən qeydə alınan səhnələrin qruplaşdırıldığını müşahidə edib.

Bununla da Tesla sürücünün gözlərinin açıq, ya da qapalı olduğunu, kor olub-olmadığını, başını uzun müddət əyərək saxlayıb-saxlamadığını, telefona və ətrafa baxıb-baxmadığını təqib edə biləcək.

Sözügedən yenilənmənin nə zaman tətbiq ediləcəyi hələlik məlum deyil.

Mənbəted.az
Son xəbərlər
Digər xəbərlər