28 C
Baku
Saturday, July 27, 2024

“Tesla” səhmləri 7% artaraq, Maskın bir gündə $11.4 mlrd. zənginləşməsinə səbəb olub

“Tesla” səhmləri bazar ertəsi günü, iyulun 3-də 6.9% artaraq elektrik avtomobillərinin ikinci rübdə rekord satışları və şirkətin bir gün əvvəl bildirdiyi istehsal artımı fonunda 279.82 dollara yüksəlib. “Forbes Real-Time” reytinqinə əsasən, bunun sayəsində dünyanın ən varlı adamı İlon Maskın sərvəti 4.92% və ya 11.7 milyard dollar artaraq 249.4 milyard dollara çatıb.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“CNBC”nin məlumatına görə, analitiklər “Tesla”nın 30 iyun 2023-cü ildə bitən rüb üçün bazara 445 925 avtomobil tədarükü barədə məlumat verəcəyini gözləyirdilər. İyulun 2-də açıqladığı hesabatda “Tesla” bu təxmini üstələyib və ikinci rübdə 466 140 avtomobil tədarük edib.

Qeyd edək ki, “Tesla” satışları artırmağı hədəfləyir. İlin ilk altı ayında şirkət 920 mindən çox minik və yolsuzluq avtomobili istehsal edib və 2023-cü ildə 1.8 milyon avtomobil istehsal etməyi qarşısına məqsəd qoyub. Keçən il şirkət daha çox avtomobil istehsal etmək üçün Texasda və Almaniyada zavod açıb.

Son xəbərlər
Digər xəbərlər