Amerikanın elektrikli avtomobil istehsalçısı olan “Tesla” şirkəti, birjada satılan səhmlərinin sayını artıracaq. Banker.az xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) göndərdiyi sənəddə deyilir.
Əlavə səhmlərin “vaxtaşırı” və “bazar” qiymətinə satılacağı bildirilir.
Qeyd edək ki, “Tesla” səhmləri – 2020-ci ilin sürətlə artan qiymətli kağızlarından biridir. Yanvar ayından bəri kotirovkalar 400%-dan çox artıb. Şirkət “Toyota Motor” və “Volkswagen”i geridə qoyaraq, dünyanın ən bahalı avtomobil istehsalçısına çevrilib.
“Refinitiv”in verdiyi məlumata görə, hazırda 739,77 milyon səhm dövriyyədədir (və ya onların ümumi sayının 79,3%-i). “Wedbush”in analitiki Den Ayvs hesab edir ki, hazırda investorlar elektrik avtomobil bumundan istifadə etmək istəyirlər və bunu “Tesla” səhmləri vasitəsilə həyata keçirirlər.