26 C
Baku
Saturday, April 20, 2024

“Tesla” şirkəti tam əlahiddə avtomobil yaradır

Kaliforniyada fəaliyyət göstərən “Tesla” elektrik avtomobillər və təmiz enerji şirkəti 5 səviyyəli əlahiddə hərəkət edən, yəni özüyeriyən avtomobil yaratmağın astanasındadır.

“Reuters” xəbər verir ki, şirkətin sahibi Elon Mask bu texnologiyanı bu il ərzində işə sala biləcəklərini açıqlayıb.

O deyib ki, səviyyə 5 və ya mahiyyətcə tam əlahiddə variantın baş tutacağı barədə tam arxayınam və fikrimcə, bu məsələ çox tez baş tutacaq.

E.Mask Dünya Bədii Zəka Konfransının (WAIC) açılışına göndərdiyi video ismarıcında qeyd edərək, həmçinin avtomobillərdə daha mükəmməl kompüterlərin tətbiqi üçün yeni istiliyi ayıran, yaxud soyutan sistem üzərində çalışdıqlarını söyləyib.

Hazırda “Tesla” avtopilot dəstək sisteminə malik olan avtomobillər istehsal edir.

Qeyd edək ki, “Alphabet İnc.”, “Waymo and Uber Technologies” vs avtomobil və texnologiya şirkətləri də əlahiddə nəqliyyat texnologiyalarına milyardlarla sərmayə yatırsalar da, belə nəqliyyat vasitələrinin ictimai istismara verilməsinin xeyli vaxt aparacağı qənaətindədir.

MənbəReport.az
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər