“Tesla” 2020-ci ilin dördüncü rübü üçün maliyyə nəticələrini açıqlayıb. Şirkət ötən ili 721 milyon dollar gəlir və 31.5 milyard dollar mənfəətlə başa vurub.
Banker.az bu batədə “Vc.ru”ya istinadən xəbər verir.
“CNBC” yazır ki, “Refinitiv” analitiklərinin 1.03 dollar gözlədiklərinə baxmayaraq, bir səhm başına qazanc 80 sent təşkil edib.
Dördüncü rübdə avtomobil satışlarından əldə edilən gəlir 9.31 milyard dollara, enerji istehsalından – 752 milyon dollar, xidmətlərdən isə – 678 milyon dollara çatıb.
Avtomobillərin satışından əldə edilən gəlirin artması yeni Model Y krossoverinin buraxılması və Çində satışların artması ilə bağlı olmuşdur. Şirkət 2021-ci ildə gözlənilən tədarük həcmini açıqlamasa da, ildə 1.05 milyon avtomobil istehsal etmək gücünə sahib olduğunu bildirib.
“Tesla”nın rəhbəri olan İlon Mask investorlara potensial istehsalın 50%, yəni ildə 750 min avtomobilə artacağını gözlədiyini söyləyib.