“Tesla” ABŞ-da 321 min avtomobilini arxa işığın nasazlığına görə geri çağırıb.
Bu barədə şirkətin açıqlamasında deyilir.
Elektromobillərdəki nasazlıqlar pulsuz aradan qaldırılacaq.
Şirkət 2023 Model 3 və 2020-2023 Model Y üçün məsafədən proqram yeniləmələrini vəd edib.
İddialara görə, işıqlar məhz proqram xətası səbəbindən yanmır.