10 C
Baku
Friday, December 13, 2024

“Tesla”nın dəyəri Maskın vədindən sonra 50 milyard dollar azalıb

İnvestorlar İlon Maskın elektrikli avtomobillərə çəkilən xərcləri azaltmaq vədlərindən məyus olublar: “Tesla Inc”in dəyəri 50 milyard dollar azalıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl “Tesla”nın baş icraçı direktoru İlon Mask 25 dollara pilotsuz avtomobil istehsal ediləcəyini bildirmişdir.

Mask və “Tesla”nın digər rəhbərləri yeni akkumulyator istehsalı strategiyasını təqdim etdikdən 2 saat sonra, şirkətin dəyəri 20 milyard dollar azalıb. Səhmlər birinci 5,6%, sonra isə daha 6,9% ucuzlaşıb.

“Maskın söylədiyi heç bir şey maddi deyildi”, – deyə “Roth Capital Partners”in analitiki Kreyq İrvin söyləyib.

İnvestorlar Maskın iki böyük açıqlama verəcəyini gözləyirdilər: “milyon mil” ehtiyatı olan batareyaların inkişaf etdirilməsi və xərclərin azaltmaq üçün planlaşdırılan konkret tədbirlər.

Mask bunlardan heç birini təklif etməyib. Bunun yerinə, yaxın bir neçə il ərzində yeni texnologiyalar və proseslər sayəsində batareya xərclərini yarıya endirəcəyini və “daha əlçatan” avtomobil yaradacağını vəd edib.

Son xəbərlər
Digər xəbərlər