23 C
Baku
Friday, April 26, 2024

“Tesla”nın kabusu: avtomobil istehsalçısı “Rivian”ın hekayəsi

Rivian – cəmi bir neçə ay əvvəl kütləvi istehsala başlayan, lakin dünyanın əksər avtomobil nəhənglərindən daha bahalı olan elektromobil istehsalçısıdır.

Bir ay əvvəl elektrikli avtomobil istehsalçısı Rivian Automotive – bir il əvvəl demək olar ki, heç kimi eşitmədiyi bir şirkət – NASDAQ birjasına çıxıb. Bu, ilin ən böyük IPO-su ilə nəticələnib.

Səhmləri yerləşdirməyə bir həftə qalmış investorların yüksək marağı səbəbindən şirkət səhmlərin qiymət dəhlizini artırmalı olub və IPO zamanı onlar 78 dollara satılıb. Ümumilikdə Rivian 153 milyon səhm satıb və 11.9 milyard dollar investisiya toplayıb.

IPO-dan sonrakı günlərdə Rivian səhmləri artmaqda davam edib. Bu, şirkəti dünyanın əksər avtomobil istehsalçılarından fərqləndirib. Əgər uğurlu yerləşdirmə ilə qazancın olmaması adi bir şeydirsə (Uber və ya Tesla-dakı kimi), 150 avtomobillə 100 milyard dollarlıq qiymətləndirmə qeyri-adidir.

Rivian (əvvəllər Mainstream Motors) 2009-cu ildə yaradılıb. Onun əsas 26 yaşlı mühəndis, Nyu-Yorkun Troy şəhərindəki Renseller Politexnik İnstitutunun yeni məzunu və Massaçuseç Texnologiya İnstitutunun tələbəsi Ar-Cey Skaric tərəfindən qoyulub. Özünün dediyi kimi, o həmişə avtomobilləri çox sevib.

Hələ uşaq ikən Skaric qonşusu ilə köhnə Porsche avtomobillərini təmir edib və 18 yaşından bu sahədə şirkət yaradıcılarından biri olacağına qərar verib. Bundan əlavə, o, həmişə açıq havada səyahətləri sevib. Beləliklə, Rivian ideyası ortaya çıxıb.

“Burada çoxlu nağıllar var – yük maşını elektriklə işləyə, yolsuzluqda hərəkət edə bilməz və palçıqda çirklənə bilməz. Bütün bunlar kökündən yanlış fikirlərdir. Elektrik enerji və texnologiya yük maşınını inanılmaz dərəcədə güclü və əyləncəli edir”, – deyə cənab Skaric müsahibədə deyib.

3 format11240

Rivian artıq bu texnologiyaların bir neçəsini yaradıb. Şirkətin inkişafları arasında qabaqcıl akkumulyatorlar və skeytbord prinsipi əsasında qurulmuş şassi var. Bu gün pikap və yük maşınlarının istehsalçısını Tesla ilə müqayisə edirlər.

Lakin bu inkişaflar 2011-ci ilə qədər olub, şirkət hətta prototip hazırlayıb və Ar-Cey digər avtomobil modellərinə keçməli olduğuna qərar verib. Cənab Skaricin sözlərinə görə, o və onun komandası şirkətin gələcək strategiyası haqqında fikirləşib elə qənaətə gəlib ki, elektromobillərin digər növlərinə də diqqət yetirmək lazımdır.

“Biz özündə səmərəliyi, yaxşı yol xüsusiyyətlərini, funksionallığı və təkmilləşməni birləşdirən marka yaratmaq istədik – bazarda belə bir birləşmə hələ olmayıb”, – deyə Skaric söyləyib.

Yarandıqdan qısa müddət sonra özünü təsdiq etməyə başlayan bir çox digər startaplardan fərqli olaraq, Rivian diqqətdən kənarda qalıb – yüksək səsli bəyanatlar və reklam kampaniyaları verməyib.

Bu, 2018-2019-cu ilə qədər davam edib.

“Əgər əvvəllər Rivian haqqında eşitməmisinizsə, bu təəccüblü deyil. Son vaxtlara qədər şirkət gizli rejimdə işləyib”, – deyə Skaric The New York Times-a verdiyi müsahibədə söyləyib.

Bununla belə, istehsalçı investorların marağını çəkməyi bacarıb. O illərdə Apple, FordAmazon kimi korporasiyalar ona xeyli sərmayə qoyub. Məsələn, Amazon şirkətə 1.3 milyard dollar yatırıb.

Komandanın seçilməsinə də xeyli vaxt sərf olunub. İndi onun tərkibinə əvvəllər McLaren-də baş mühəndis Mark Vinnels, uzun müddət ərzində Jeep şirkətində işləmiş dizayner Ceff Hammond daxildir.

Rivian elektrik avtomobillərinin ilk prototipləri – “R1T” və “R1S” – 2018-ci ildə Los-Anceles avtosalonunda nümayiş etdirib. Şirkətin yaxın gələcəkdə satmağı planlaşdırdığı modellər də bunlardır.

Şirkətin baş ofisi Miçiqan ştatının Plimut şəhərində yerləşir. Hal-hazırda konserndə 10 mindən çox işçi çalışır. Tesla ilə rəqabət etməyi planlaşdıran marka ikinci zavod üçün yer seçir.

Rivian 55 mindən çox “R1T” və “E1S” sifarişi alıb və onu 2023-cü ilədək yerinə yetirməyi vəd edib.

Şirkət hələ də zərərə işləyir və yaxın zamanda maliyyə sıçrayışı etməyi vəd etmir. Hesablamalara görə, birinci rübdə Rivian-ın zərəri demək olar ki,1 milyard dollar olub. 2023-cü ilə qədər şirkət daha 8 milyard dollar xərcləməyi və mənfəət güdməməyi planlaşdırır.

Digər bir problem Rivian-ın kütləvi istehsala başlamaq qabiliyyətində olub-olmamasıdır.

“İstehsal – ən böyük problemdir. Kapitala ehtiyac böyükdür və davamlıdır”, – deyə Gartner-in analitiki Mayk Remzi söyləyib. Bununla belə, IPO – da toplanan vəsait, eləcə də yerləşdirmədən sonra səhmlərin satışı şirkətə bu işdə kömək edə bilər.

Bəzi ekspertlərin qeyd etdiyi kimi, elektrikli yük maşınlarının açıqlamalarına baxmayaraq, Rivian hələki öz kommersiya yük maşının təqdim etməyib.

Rivian əslində yük maşını kimi düşünülməmişdi. Onların əsas məqsədi – həyat tərzinin bir hissəsi olmaq, istirahət və əyləncə üçün uyğun gəlməkdir”, – deyə IHS şirkətinin analitiki Stefani Braynli qeyd edir.

Lakin Rivian kommersiya məqsədli istifadə oluna bilən elektrik yük maşını yaratmaq üçün Amazon ilə əməkdaşlıq edir. Amazon artıq ondan 100 min maşın sifariş edib. Onlarda ilk 10 mininin gələn il çatdırılması planlaşdırılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər