6 C
Baku
Sunday, December 15, 2024

“Tesla”ya rəqib olan şirkətin səhmləri 34% bahalaşıb

“Tesla”nın əsas rəqiblərindən biri sayılan “Nikola” şirkətinin səhmləri 34% bahalaşıb. Banker.az xəbər verir ki, şirkətin kotirovkaları “General Motors” ilə strateji əməkdaşlıq haqqında məlumat sızıntısından sonra yüksəlməyə başlayıb.

Amerikan konserni “Nikola”da 11%-lik paya sahib olacaq, əldə edilən qiymətli kağızların ümumi dəyəri isə 2 milyard dollar təşkil edəcək.

Qeyd edildiyi kimi, “General Motors” razılaşma çərçivəsində Nikola Badger pikapının istehsalını öz üzərinə götürəcək, “Nikola” isə Ultium batareyalarının və Hydrotec yanacaq elementlərinin texnologiyasını əldə edəcək.

Açıqlamada göstərilir ki, “General Motors” şirkətinin resursları, “Nikola”ya on il ərzində təxminən 5 milyard dollarlıq batareya və elektrik stansiyasının inkişafı, istehsalı və homologiyasında qənaət etməyə imkan verəcək. Bundan əlavə, “General Motors” razılaşma çərçivəsində “Nikola”nın direktorlar şurasında bir üzv təyin etmək hüququnu qazanacaq.

Xatırladaq ki, “Nikola” şirkəti 2014-cü ildə qurulub. O özünü elektrik və hidrogenlə işləyən pikap və yük maşını istehsalçısı kimi təqdim edir. Hazırda şirkətin səhmlərinin qiyməti 35 dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər