9 C
Baku
Friday, December 13, 2024

Texas qaz ixracını dayandırıb

Texas ştatının qubernatoru Qreg Ebbott anomal soyuq hava fonunda təbii qaz tədarükçülərinin fevralın 21-dək ştatdan kənara qaz ixrac etməməsi, əvəzində yanacağı yerli elektrik istehsalçılarının ehtiyacları üçün göndərməsi barədə fərman imzalayıb.

Bu barədə qubernatorun saytında məlumat dərc olunub.

Qubernator həmçinin Texaslılara əlavə resurs təmin etmək və ştatın enerji təminatını genişləndirmək üçün Ağ Evlə sıx əməkdaşlıq etdiyini də vurğulayıb.

“Poweroutage.com” profil portalının yazdığına görə, anomal soyuq və pis hava şəraitindən əziyyət çəkən ABŞ-ın Texas ştatında 2,5 milyondan çox insan işıqsız qalır.

Qeyd edək ki, Texasda təbii fəlakət nəticəsində külək elektrik stansiyalarının yarısı sıradan çıxıb, iri neft emalı zavodları və avtomobil istehsalçıları fəaliyyətini dayandırıb. Bazar günü axşam ABŞ prezidenti Cozef Bayden Q.Ebbottun istəyi ilə ştatda federal səviyyədə fövqəladə vəziyyət elan edib. Bu addım Federal Fövqəladə Halları İdarəetmə Agentliyinə fəlakətdən zərər çəkən ştata birbaşa yardımlar göstərməyə başlamağa imkan verəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər