24 C
Baku
Sunday, September 1, 2024

“Texnikabank-la birləşməyimiz gündəmdə deyil”

Dünən banklarda aparılan islahatlarla bağlı yazıda “Unibank”ın “TexnikaBank”a birləşəcəyi ilə bağlı məlumat verilmişdi. Bizimyol.info saytının qafqazinfo.az saytına istinadən verdiyi xəbərdə bildirilirdi ki, Mərkəzi Bank bank rəhbərləri ilə görüşərək onların birləşməsi istiqamətində danışıqlar aparır. Bank rəhbərlərinə ilk növbədə, kapitallarının artırılması təklif edilir. Əgər buna imkanları yoxdursa, onların birləşməsi tövsiyə edilir. Yazdıda qeyd olunurdu ki, Mərkəzi Bank “Unibank”la – “Texnikabank”ın,  “Bank of Baku” ilə – “AFB” Bankın birləşməsini onların rəhbər şəxslərinə tövsiyə edib.

Sözügedən informasiya ilə bağlı “Unibank”dan Bizimyol.info saytına bildirilib ki, “Texnikabank”la birləşmək haqda yayılan məlumatlar şayiədir.  Belə danışıqlar aparılmır və  məsələ gündəmdə deyil”.
Son xəbərlər
Digər xəbərlər