8 C
Baku
Thursday, December 12, 2024

Texnikabank”da sığorta hadisəsi baş verib

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim olunmuş 04 fevral 2016-cı il tarixli 16-00036-2016 nömrəli məktuba istinad edərək bildirir ki, ”Texnikabank”ASC-nin əməliyyatlarına moratorium tətbiq edilib.

Fonddan “APA-Economics”ə verilən xəbərə görə, bununla da “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq 04 fevral 2016-cı il tarixi “Texnikabank”ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi  baş verdiyi gündən 7 təqvim günü ərzində “Texnikabank”ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

Fond məlumat üçün bildirir ki, “Texnikabank” ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir. 30 min manatdan çox əmanəti olan  əmanətçilərin əmanətləri ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.

Son xəbərlər
Digər xəbərlər