18 C
Baku
Thursday, April 25, 2024

“Texnikabank”ın əmanətçilərinə 6,6 milyon manat kompensasiya ödənilib

Fevralın 12-dən agent bankların filiallarında sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna başlanılıb.

Əmanətlərin Sığortalanması Fondundan  verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 6.6 milyondan artıq kompensasiya ödənilib.

Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən  başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilib.

APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər