26 C
Baku
Wednesday, April 24, 2024

“Tezliklə Şərqi Zəngəzur üzrə qızıl yataqları beynəlxalq şirkətlərin sərəncamına veriləcək”

1992-ci ilə qədər işğaldan azad edilmiş ərazilərdə 167 yataq kəşf edilib ki, bunlardan da 15-i filiz (qızıl), 126-sı tikinti və qeyri-metal, 26-sı isə termal mineral və şirin su yataqlarıdır.

Bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

Xidmət rəisi hazırda bu yataqların istifadəsi istiqamətində işlərin getdiyini bildirib: “Hazırda bu istiqamətdə gərgin fəaliyyətimiz mövcuddur. Qarabağdakı yol infrastrukturunun inşasında yerli xammaldan müvəffəqiyyətlə istifadə edilir. Hesab edirəm ki, tezliklə Şərqi Zəngəzur üzrə qızıl, gümüş və mis yataqlarımız beynəlxalq şirkətlərin sərəncamına veriləcək”.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər