10 C
Baku
Thursday, December 12, 2024

Tezliklə Yer üzündən yox olacaq ölkələr açıqlandı

Qlobal istiləşmə, buzların əriməsi və dəniz səviyyəsinin qalxması bir neçə ada dövlətin tezliklə Yer üzündən yox olmasına səbəb olacaq.

Banker.az xəbər verir ki, iqlim dəyişikliyindən təsirlənə biləcək ərazilərə Kiribati, Tuvalu və Marşal adaları daxildir.

Kiribatinin qlobal ekoloji qeyri-hökumət təşkilatı “Climate Action Network” koordinatoru Peleniza Alofa bildirib ki, Qlazqoda keçirilən BMT sammiti ada ölkələri üçün həyati əhəmiyyət kəsb edən hadisədir.

O, dəniz səviyyəsinin qalxması və güclənən tropik tufanlar regionda insanların həyatı və kənd təsərrüfatı üçün təhlükə yaratdığını vurğulayıb.

Qeyd edək ki, alimlər qlobal istiləşmənin mənfi təsirlərini yumşaltmaq üçün Yer kürəsində temperatur artımının Selsi üzrə 1.5-2 dərəcə ilə məhdudlaşdırılmasının zəruriliyini dəfələrlə söyləyiblər. Bu məqsədlə 2015-ci ildə 190-dan çox ölkə konkret fəaliyyət planını nəzərdə tutan Paris sazişini imzalayıb. Sənəd yanacaqdan tamamilə imtina etməyi nəzərdə tutmasa da, istixana qazı emissiyalarını azaltmaq və bərpa olunan enerji mənbələrinə keçid üçün tədbirlərin görülməsini hədəf tutub.

Son xəbərlər
Digər xəbərlər