6 C
Baku
Saturday, December 14, 2024

“The Economist” rubl və qrivnanı “Biq Mak İndeksi”ndən çıxarıb

“Biq Mak İndeksi” müəyyən valyutanın həddindən artıq və ya aşağı qiymətləndirilməsini göstərir. Bu, dünyanın hər bir ölkəsində “Biq Mak”ın təxminən eyni qiymətə olması ilə əlaqəlidir.

Böyük Britaniyanın “The Economist” jurnalı Ukrayna qrivnası və Rusiya rublunun dollara nisbətdə məzənnəsini qiymətləndirə bilməyib, bu səbəbdən onları “Biq Mak İndeksi”nə daxil etməyib.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Rusiya və Ukrayna arasında müharibə başlayandan sonra bu ölkələrdə “McDonald’s” restoranlarının fəaliyyəti dayandırılıb, nəticədə bir bürgerin qiymətini hesablamaq mümkün olmayıb.

İndeksə əsasən, 2022-ci ilin iyul ayında ən çox aşağıdakı ölkələrin milli valyutaları dəyərsizləşib:

İndoneziya (-54.6%)
Rumıniya (-55.7%)
Venesuela (-65.8%)

Ən çox dəyər qazanan valyutalar isə İsveçrə frankı (+30.3%), Norveç kronu (21.6%), Uruqvay pesosu (+18.1%), İsveç kronu (+8.5%) və Kanada dolları (+2.0%) olub.

Son xəbərlər
Digər xəbərlər