“The Economist”: Süni intellekt Amerikaya yeni nəhəng güc qazandırıb

ABŞ-nin qlobal təsirinin zəiflədiyi barədə müzakirələrin davam etdiyi bir vaxtda, ölkə administrasiyası dünyaya özünün yeni və güclü təsir rıçağını nümayiş etdirib.

Banker.az xəbər verir ki, bu barədə iqtisadyönümlü dərgi “The Economist” yazır.

“Anthropic” şirkətinin ən qabaqcıl süni intellekt modellərinə xarici çıxışın məhdudlaşdırılması ilə bağlı qərar göstərib ki, Ağ Ev bir anda planetin ən vacib texnologiyalarına kimin çıxış əldə edəcəyinə təsir göstərə bilər.

Dərgi yazır ki, süni intellekt üzərində nəzarət ABŞ-nin tarixdə nüvə texnologiyaları, kriptoqrafiya və ya F-22 qırıcıları üzərində üstünlüyünü qorumaq cəhdlərini xatırladır.

Lakin süni intellekt fərqli xüsusiyyətlərə malikdir. Bu texnologiyanı tam nəzarətdə saxlamaq daha çətindir və əldə olunan üstünlüklər zamanla digər ölkələr tərəfindən təkrarlana və yayıla bilər.

Nəticədə “iyerarxik çıxış” modeli formalaşır. Ən güclü süni intellekt sistemləri ABŞ-nin nəzarətində qalır, daha məhdud versiyalar müttəfiqlərə təqdim olunur, ən zəif versiyalar isə digər ölkələr üçün əlçatan olur. Bu isə qlobal miqyasda ABŞ-nin süni intellekt infrastrukturundan asılılığı artırmaqla yanaşı, digər ölkələri də öz hesablama güclərini və texnoloji ekosistemlərini inkişaf etdirməyə sövq edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər