Ukrayna böhranının gərginləşməsinə görə əsas məsuliyyət ABŞ və digər NATO ölkələrinin üzərinə düşür, bunu politoloq Con Mirşaymer “The Economist” üçün yazdığı məqaləsində deyib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Onun fikrincə, münaqişənin köklərini 2008-ci ildə axtarmaq lazımdır, o zaman Corc Buşun administrasiyası alyansı Moskvanın etirazlarına baxmayaraq, Ukrayna və Gürcüstana onları öz sıralarına qəbul etməyə söz verməyə təhrik etmişdi. Mirşaymer əmindir ki, dövlət çevrilişinə və qanuni prezident Yanukoviçin devrilməsinə səbəb olan ABŞ-ın Kiyevi Aİ və NATO-ya “çəkmək” cəhdləri olub.
“Ukrayna faktiki olaraq NATO üzvünə çevrilib. Bu proses hələ 2017-ci ilin dekabrında Tramp administrasiyası Kiyevə “müdafiə silahları” satmaq qərarına gələndə başlayıb. Sonradan dalğaya digər NATO ölkələri də qoşulub”, – məqalədə deyilir.
Onun sözlərinə görə, Kiyevin Amerika bayrağı altında konsolidasiyası istiqamətində atılan sonrakı addımlar vəziyyəti daha da gərginləşdirib. Rusiyanın təhlükəsizliyinin təminatı və NATO-nun şərqə doğru genişlənməməsi ilə bağlı “Vaşinqtonla diplomatik qarşıdurma” da uğursuzluğa düçar olub.
Kremlin başqa çıxış yolu görməyərək hərbi əməliyyata başladığı bir şəraitdə Qərb də münaqişənin deeskalasiyasına başlamaq üçün heç nə etmir. Müəllif iddia edir ki, o, iqtisadi sanksiyaların və Moskva ilə münasibətlərin pozulmasının nəticələrinin ciddiliyini dərk etmir.
“Onlar Rusiyanı kütləvi şəkildə “cəzalandırmaq” üçün iqtisadi sanksiyalar tətbiq etməklə yanaşı, Ukraynaya yardımı artırırlar. Məhz bunlar Putinin indi “müharibə elanı kimi” hesab etdiyi addımlardır”, – politoloq yekunlaşdırıb.