9 C
Baku
Saturday, December 21, 2024

“The Hill”: ABŞ Ukraynaya yardım üçün $75.5 mlrd. xərcləyib

“The Hills” hesab edir ki, ABŞ 2022-ci ildə Ukraynaya yardım üçün 75.5 milyard dollar xərcləyib. Onlardan 29.3 milyard dollar keçən il fevralın 24-dən hərbi dəstək qismində ayrılıb. Nəşr qeyd edir ki, bir HIMARS raket sisteminin qiyməti təxminən 4 milyon dollar, “Abrams” tankının qiyməti isə 10 milyon dollar təşkil edir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Ukraynaya dəstək üçün xərclərin əsas maddəsi “Ukraynanın ümumi təhlükəsizliyini təmin etmək, iqtisadiyyatını, enerji təhlükəsizliyini bərpa etmək və humanitar böhrandan çıxmaq üçün” vəsaitlərin ayrılması olub. ABŞ bu məqsədlər üçün 45 milyard dollar ayırıb. Vaşinqton həmçinin Ukraynadan olan qaçqınlara və ölkə daxilində və xaricində digər həssas qruplara humanitar yardım məqsədilə 1.9 milyard dollar xərcləyib.

Qəzet hərbi dəstəyə ayrılan xərclərin strukturunu da təqdim edib. ABŞ hökuməti tərəfindən Ukraynaya 1600-dən çox “Stinger” zenit sistemi, 13 000 qumbaraatan, 8500-dən çox “Javelin tank” əleyhinə sistem, 2000-dən çox “Switchblade” və “Phoenix Ghost” pilotsuz aparat, zirehli texnika, hava hücumundan müdafiə sistemiləri və digər hərbi texnika və sursat ayrılıb.

Fevralın əvvəlində NATO-nun baş katibi Yens Stoltenberq Qərb ölkələrindən Ukraynaya hərbi, maliyyə və humanitar yardımın ümumi hesabını vermişdi. Fevralın 4-də Pentaqon təxminən 2.2 milyard dollarlıq hərbi yardım ayırdığını açıqlamışdı.

Fevralın 24-də ABŞ Kiyevə əlavə hərbi yardım paketi elan edib. Buraya 155 mm-lik artilleriya sistemləri və HIMARS raket sistemləri üçün böyük miqdarda döyüş sursatı daxil olub. Yeni paket həmçinin Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün pilotsuz uçuş aparatlarını, pilotsuz uçuş sistemləri ilə mübarizə aparan avadanlıqları və elektron müharibəni aşkar etmək üçün nəzərdə tutulmuş cihazların tədarükünü də nəzərdə tutur.

Pentaqonun sözçüsü bildirib ki, 2014-cü ildən bəri ABŞ Ukraynaya 32 milyard dollarlıq hərbi yardım edib. ABŞ tərəfindən Kiyevə təhvil verilən silah, texnika və sursatların siyahısı ilə nazirliyin saytında tanış olmaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər