Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri bu ilin yanvar-aprel aylarında könüllü tibbi sığorta üzrə 66 milyon 485 min manat sığorta haqqı toplanıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Tibbi sığorta üzrə yığımların həcmində keçən ilin eyni dövrü ilə müqayisədə 374 min manat azalma var.
Şirkətlər tərəfindən tibbi sığortalar üzrə hesabat dövründə 20 milyon 774 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 542 min (18.2%) azdır.