Ticarət müharibəsi səbəbindən qızılın qiyməti altı illik maksimuma çatıb

0

Nyu-York ticarət birjasında (COMEX) qızılın qiyməti altı illik maksimuma çatıb,

Banker.az bu haqda Bloomberg-ə istinadən xəbər verir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Qiymətli metalın bir unsiyasının qiyməti 1,7% artaraq 1503,30 dollara çatıb. Qeyd edək ki, son dəfə belə qiymət 2013-cü ilin aprel ayında qeydə alınmışdır. Artıq dörd gündür ki, London birjasında qızılın qiyməti artır.

Qiymət artımının əsas səbəbi ABŞ və Çin arasında gedən ticarət müharibəsi, qlobal artımın yavaşaması və mərkəzi bankların pul-kredit siyasətinin yumşaldılması olmuşdur. İlin əvvəlindən qızıl 17% bahalaşıb.

“Qızıl ənənəvi olaraq sığınacaq-səhm rolunu yerinə yetirir”, – deyə USB Group AG-ın direktoru olan James Gordon bildirib. Onun sözlərinə görə, ABŞ və Çin arasındakı münasibətlərin kəskinləşməsi nəticəsində qızılın qiyməti 1,6 min dollara qədər arta bilər.

Xatırladaq ki, avqust ayının əvvəlində ABŞ prezidenti Donald Tramp, Çindən idxal olunan mallara 10%-lik gömrük rüsumunu tətbiq etmək niyyətində olduğunu bildirmişdir. Onun sözlərinə görə, Pekin öz üzərində götürdüyü öhdəlikləri yerinə yetirmir. Daha öncə Çin Amerikadan kənd təsərrüfatı məhsullarını idxal etməyə və fentanilin satışını dayandırmağa söz verib. 

“Bu hələ də baş verməyib, amerikalılar isə ölməyə davam edirlər”, – deyə prezident əlavə edir.

Avqustun 5-də Perik yuanı devalvasiya edərək, son on illik bir müddət ərzində minimuma endirib. Bu gün milli valyutanın məzənnəsi 7,0292 yuan təşkil edir. Buna cavab olaraq ABŞ Çini valyuta manipulyasiyalarında günahlandırıb.