10 C
Baku
Thursday, November 28, 2024

Ticarət mühaibrəsi Yuanın 15 faizədək devalvasiyası ilə nəticələnəcək – JPMorgan

Çin Donald Trampın Prezident seçilməsi ilə başlanacaq hər hansı ticarət müharibəsinə cavab olaraq yuanın 10-15% ucuzlaşmasına imkan verə bilər.

Banker.az xəbər veir ki, bu barədə “JPMorgan Chase & Co”nun iqtisadçısı Cahangir Aziz bildirib.

İqtisadçılarc “Fırtınaya hazırlaşmaq” adlı qeyddə qeyd ediblər ki, inkişaf etməkdə olan iqtisadiyyatlar Trampın daha yüksək ticarət tarifləri vədlərindən zərər görəcək, lakin “Çinə qarşı ticarət siyasətinin ən erkən və ciddi dəyişəcəyini gözləyirik”.

Aziz qydində şübhəsiz ən çox təsirə məruz qalacaq ölkə Çininin olacağını bildirib. “JPMorgan” Çin üçün orta effektiv tarifin hazırkı 20%-dən 60%-ə qalxacağını proqnozlaşdırır. Bu isə 2025-ci il iqtisadi perspektivlərinə potensial olaraq zərər vura bilər, iqtisadi artımı 2024-cü ildəki 4.8%-dən 3.9%-ə yavaşlada bilər.

“JPMorgan” tariflərə cavab olaraq yuanın 10-15% ucuzlaşacağını proqnozlaşdırır, amma institusional qurum Çinin Xalq Bankının (Mərkəzi Bank) 2018-19-cu illərdəki siyasəti təkrar edərək ABŞ tariflərinin artımının 70%-ni kompensasiya etmək üçün valyutanın 28-30% devalvasiyaya imkan verdiyi dövrdən əhəmiyyətli dərəcədə az hesab edir.

Həmin vaxt Tramp Çin tariflərini 2018-ci ildə 3%-dən 20%-ə qaldırmışdı.

Maliyyə sabitliyinə təsir qorxusu, hakimiyyət orqanlarını daha böyük ucuzlaşmaya getməkdən çəkindirə bilər. Ölkə daxilində yuan artıq Trampın ikinci müddəti təmin etdiyindən bəri dollara nisbətdə təxminən 1.4% ucuzlaşıb və Çərşənbə günü 7.25 səviyyəsində ticarət olunub, bu isə iyul ayından bəri ən yüksək səviyyədir.

Bu həftə Tramp Kanada və Meksikadan idxal olunan bütün məhsullara 25%, Çin məhsullarına isə əlavə 10% tarif tətbiq edəcəyinə söz verib. Onun ABŞ-ın Ticarət Nümayəndəsi olaraq təyin etdiyi Ceymison Qreer, Trampın ilk müddətində Çinə tariflərin tətbiqində əsas rol oynayıb.

Daha geniş çərçivədə “JPMorgan” yaxınlaşan “ticarət şoku”nun inkişaf etməkdə olan bazarların artımını 2025-ci ildə 4.1%-dən 3.4%-ə yavaşladacağını proqnozlaşdırır. “Asiyada və Meksikada istehsal ixracatçıları da təsirlənəcək — Hindistan ən az, Malayziya və Vyetnam isə ən çox zərər görəcək,” deyə Bankdan proqnoz veriblər.

Onların qeydi, “Bank of America Corp.”un strateqləri ilə üst-üstə düşür. Belə ki, bu bankda da Çinlə bağlı bədbin proqnozlar yer alılb. Onlar, inkişaf etməkdə olan bazar valyutalarının 2025-ci ilin ilk yarısında orta hesabla 5% ucuzlaşacağını proqnozlaşdırıblar.

Son xəbərlər
Digər xəbərlər