8 C
Baku
Friday, December 13, 2024

Ticarət müharibəsi Çini əmlakını satmaq məcburiyyəti qarşısında qoyub

2019-cu ilin əvvəlindən bu günə qədər Çin şirkətləri satdıqları aktivlərin dəyəri 40 milyard dollar, aldıqları aktivlərin dəyəri isə 35 milyard dollar təşkil edib. Dünya bazarına daxil olduqdan sonra ilk dəfədir ki, Çin satıcı olub.

Banker.az xəbr verir ki, bu barədə “Dealogic” araşdırma şirkətinin məlumatlarına istinadən Financial Times yazır.

Hələ 2015-ci ildə Çin xarici aktivlərə 100 milyard dollar xərcləsə də, satdığı aktivlərin dəyəri cəmi 10 milyard dollar təşkil edib. Ekspertlərin qiymətləndirmələrinə görə, kəskin artım iqtisadiyyatın yavaşlaması və ABŞ ilə davam edən ticarət müharibəsi ilə bağlıdır.

Bu il aktivlərin ən güclü satışı ABŞ-dadır – ilin əvvəlindən 26 milyard dollar. Xatırladaq ki, ötən ildə bu rəqəm cəmi 8 milyard dollar təşkil edib.

Dinamikanın başqa bir səbəbi, Çin hakimiyyəti tərəfindən 2017-ci ildə xarici sərmayə siyasətini sərtləşdirməsi olub. Pekin kapital axını ilə mübarizə aparmaq və şirkətlərin borc yükünü saxlamaq qərarına gəlib.

Bundan əvvəl Harvard və Münhen Universiteti, eyni zamanda Kil Dünya İqtisadiyyat İnstitutunun iqtisadçıları Çini dünyanın ən böyük “kölgə kreditor” u adlandırıblar. Onların hesablamalarına görə, ölkələrin Çinə olan borcu 2017-ci ilin ÜDM-un 15% -ni təşkil edir. Ən böyük borclar Venesuela, Zimbabve və İrandadır.

 

 

Son xəbərlər
Digər xəbərlər