15 C
Baku
Tuesday, April 16, 2024

Ticarət müharibəsi səbəbiylə “PlayStation” konsollarının qiymətləri qalxa bilər

“Sony” korporasiyası “PlayStation” oyun konsolunun qiymətlərini qaldırmaq məcburiyyəti qarşısında qala bilər. Bunun əsas səbəbi ABŞ və Çin arasında davam edən ticarət müharibəsidir.

Banker.az bildirir ki, bu haqda şirkətin maliyyə direktorunun açıqlamasına istinadən The Wall Street Journal xəbər verir.

“Biz düşünürük ki, yüksək tariflər ABŞ iqtisadiyyatına zərər verəcək”, – deyə Hiroki Totoki qeyd edir.

Onun sözlərinə görə, korporasiya yeni tariflərə necə reaksiya verəcəyi ilə bağlı son qərar verməyib. Maliyyə direktoru vurğulayıb ki, hələki tariflər korporasiyaya əhəmiyyətli dərəcədə təsir etməmişdir. Buna baxmayaraq, “şirkət potensial riskə münasibətdə ayıq” olmalıdır.

Ötən ayda korporasiya “Nintendo” və “Microsoft” un podratçıları ilə birlikdə, ABŞ nümayəndəliyinə məktub göndərərək tariflərə qarşı mənfi münasibətini bildirmişdir. Xatırladaq ki, yeni nəsil konsolu 2020-ci ildə buraxılacağı planlaşdırılır.

 

 

 

Son xəbərlər
Digər xəbərlər