8 C
Baku
Sunday, November 17, 2024

Tikinti ilə bağlı sənədlərin təqdim edilməsi qaydası sadələşdirilib

Tikinti ilə bağlı sənədlərin təqdim edilməsi qaydası sadələşdirilib.

Prezident İlham Əliyev bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliklə obyektlərin tikintisi ilə bağlı tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilməyəcək.

Layihəyə əsasən, həmin sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadıqda onlar sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunacaq və yaxud sifarişçi tərəfindən təmin ediləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər