-1 C
Baku
Sunday, December 15, 2024

Tikinti şirkəti ₼43.47 mln. gəlirə qarşı ₼15.53 mln. xalis mənfəət əldə etdi

İnşaat sektorunda fəaliyyət göstərən “Protean Construction” ASC 2022-ci ili 15.53 mln. manat həcmində xalis mənfəət əldə edib.

Bunu Banker.az şirkətin illik audit hesabatına istinad edir.

Hesabatda qeyd edilir ki, 2021-ci ili 14.14 mln. manat xalis mənfəətlə bitirmişdi.

“Protean Construction” hesabat müddətində 43.47 mln. manat həcmində müqavilə üzrə gəlirlər əldə etmiş, bu illik 60% artımdır. Şirkəti müqavilələr üzrə xərcləri isə 22.03 mln. manat olub.

Bu xalis mənfəətdən sonra inşaat şirkətinin balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 24.01 mln. manatdan 31.42 mln. manata yüksəlib.

Aktivlərin həcmi 48.3 mln. manat, öhdəliklərin həcmi 16.88 mln. manat və cəmi kapital isə 31.42 mln. manat olub.

Xatırlatma!

2017-ci ildə rebrendinq nəticəsində “Tikinti-Quraşdırma Azər. Neft Kimya Zavod-2” Açıq Səhmdar Cəmiyyəti bazasında “Protean Construction” ASC təsis edilib. Müəssisə yüksək mərtəbəli binaların inşası, dəmir-beton su anbarlarının tikintisi, neft və neft məhsulları üçün böyük həcmli metal tutumların quraşdırılması, avtomobil yollarının, boru kəmərlərinin (neft və qaz nəqli kəmərləri və su-kanalizasiya xətlərinin) çəkilişi, neft-kimya müəssisələrinin rekonstruksiyası, texniki yenidən qurulması və əsaslı təmiri üzrə ixtisaslaşmışdır. Nizamnamə kapitalı 160672 manat təşkil edir.

t55555 2121212122112

Son xəbərlər
Digər xəbərlər