Tikinti şirkəti 86 mln. gəlirə qarşı 27 mln. manat xalis mənfəət əldə edib

“Protean Construction” ASC 2025-ci ili 27.02 mln. manat xalis mənfəətlə başa vurub ki, bu da illik müqayisədə 7.4% artım deməkdir.

Banker.az xəbər verir ki, şirkətin bölüşdürülməmiş mənfəət il ərzində 63.81 mln. manata çatıb.

Şirkətin ümumi gəlirləri 85.99 mln. manat təşkil edib və bu göstərici illik 4.8% artıb. Müqavilələr üzrə xərclər 46.88 mln. manata enərək 0.3% azalıb. Nəticədə ümumi mənfəət 39.11 mln. manata yüksəlib ki, bu da 11.7% artım deməkdir. İnzibati xərclər 4.29 mln. manata çataraq 67.4% artsa da, əməliyyat mənfəəti 34.82 mln. manat olub və illik 7.3% artım göstərib.

2025-ci ilin sonuna şirkətin cəmi aktivləri 83.8 mln. manata yüksəlib və bu, illik 44.3% artım deməkdir. Aktivlərin strukturunda əsas artım pul vəsaitlərində qeydə alınıb; bu göstərici 19.79 mln. manata çataraq əvvəlki illə müqayisədə kəskin artıb. Debitor borclarının həcmi isə 0.33 mln. manat səviyyəsində qalaraq aktivlərdə aşağı paya malik olub.

Cəmi öhdəliklər 19.82 mln. manata yüksəlib və illik müqayisədə 303% artım göstərib. Eyni dövrdə cəmi kapital 63.97 mln. manata çatıb ki, bu da 20.4% artım deməkdir. Şirkət 2025-ci ildə 16 mln. manat dividend ödəyib, bu isə əvvəlki ildəki 25.17 mln. manatlıq dividenddən 36.4% azdır.

Xatırladaq ki, 2017-ci ildə rebrendinq nəticəsində “Tikinti-Quraşdırma Azər. Neft Kimya Zavod-2” Açıq Səhmdar Cəmiyyəti bazasında “Protean Construction” ASC təsis edilib. Müəssisə yüksək mərtəbəli binaların inşası, dəmir-beton su anbarlarının tikintisi, neft və neft məhsulları üçün böyük həcmli metal tutumların quraşdırılması, avtomobil yollarının, boru kəmərlərinin (neft və qaz nəqli kəmərləri və su-kanalizasiya xətlərinin) çəkilişi, neft-kimya müəssisələrinin rekonstruksiyası, texniki yenidən qurulması və əsaslı təmiri üzrə ixtisaslaşmışıb.

Son xəbərlər
Digər xəbərlər