25 C
Baku
Monday, April 29, 2024

Tikinti şirkəti ilə bağlı məhkəmə başlayıb, 280-dən çox şəxsə 9 mln. manat ziyan vurulub

Tikinti şirkəti – “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxsləri barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 20-nə təyin olunub.

Qeyd edək ki, iş üzrə təqsirləndirilən şəxs qismində “İnşaat Konstruksiyaları” MMC-nin sahibi Rauf Əliyev, yaxın qohumu Rəsul Əhmədov və Zahir Nəcəfov istintaqa cəlb edilib. Onlar rəhbərlik etikləri şirkətlərdə vətəndaşları aldatmaqda, mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz satmaqla, əldə edilmiş pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan olunub. İş üzrə 9 milyon manat ziyan vurulub, 280-dən çox şəxs zərərçəkmiş kimi tanınıb.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər