17 C
Baku
Monday, April 29, 2024

Tikinti şirkəti səhmdarlarına ₼1.4 milyon dividend ayırıb

Azərbaycanda tikinti sahəsi üzrə fəaliyyətdə olan “Atlas ES” MMC 2022-ci ildə səhmdarlarına dividend ayırıb.

Banker.az bunu şirkətin illik maliyyə hesabatına istinad edir.

Belə ki, “Atlas ES” ötən il səhmdarlarına 1 milyon 388 min manat dividend ayırıb.

Qeyd edək ki, şirkət hesabat ilində 8 milyon 543 min manatlıq gəlirə qarşı 2 milyon 10 min xalis mənfəət əldə etmişdi. 2023-cü ilin 1 yanvarına onun balansındakı bölüşdürülməmiş mənfəət 9 milyon 937 min manatdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər