24 C
Baku
Friday, June 6, 2025

Tikinti şirkəti sahiblərinə 18 mln. manatdan çox dividend ödəyib

“Protean Construction” ASC 2024-cü maliyyə ili üzrə səhmdarlarına 18.07 milyon manat məbləğində dividend ayırıb.

Banker.az xəbər verir ki, bu, əvvəlki illə müqayisədə təxminən ikiqat artım deməkdir. Şirkət 2023-cü ildə səhmdarlarına 8.86 milyon manat dividend ödəmişdi.

Şirkət ötən il 25,2 milyon manat xalis mənfəət əldə etməklə illik 1,4% artım nümayiş etdirib. Şirkət 2023-cü ildə 24,8 milyon manat xalis mənfəət əldə edib.

Dividendlər bölüşdürülməmiş mənfəət hesabına ödənilib. Bununla yanaşı, 2024-cü ildə səhmdarlar tərəfindən digər vəsaitlərin geri çəkilməsi də baş verib və bu məbləğ 18 milyon manata yaxın olub.

Nəticədə “Protean Construction” ASC-nin bölüşdürülməmiş mənfəəti 2023-cü ilin sonunda 46,2 milyon manat idisə, 2024-cü ilin sonuna bu göstərici 52,9 milyon manata yüksəlib.

Son xəbərlər
Digər xəbərlər