Tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri bu ilin yanvar-may aylarında 302.8 milyon manat olub
Banker.az Dövlət Statistika Komitəsinin açıaqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsal 29.3 faiz artıb.
Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 2.1 dəfə, sementin istehsalı 11.4 faiz, tikinti kərpicinin istehsalı 7.6 faiz artmış, asfaltın istehsalı isə 78.5 faiz azalmışdır.