10 C
Baku
Friday, December 13, 2024

“TikTok” 18 yaşına çatmamış şəxslər üçün sosial şəbəkədən istifadə vaxtını məhdudlaşdırır

“TikTok” 18 yaşına çatmamış şəxslər üçün sosial şəbəkədən istifadə müddətinə məhdudiyyətlər tətbiq edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Növbəti həftələrdən 18 yaşından kiçik olan şəxslər üçün şəbəkədən istifadə müddəti gündə 60 dəqiqə ilə məhdudlaşdırılacaq”, – mesajda deyilir.

Bu limitə çatdıqda uşaqlardan baxışa davam etmək üçün parol daxil etmələri istəniləcək. Standart 60 dəqiqə ilə kifayətlənməyən yeniyetmələr üçün sosial şəbəkə müstəqil olaraq gündə 100 dəqiqəlik gündəlik ekran vaxtını təyin etməyi təklif edir. 13 yaşından kiçik uşaqlar yalnız valideynlərinin və ya qəyyumlarının icazəsi ilə sosial şəbəkədə 60 dəqiqədən çox vaxt keçirə biləcəklər.

Bundan əlavə, sosial şəbəkə valideynlərə uşaqları üçün qrafik təyin etməyə imkan verən funksiya təqdim edib. 13-15 yaşlı istifadəçilər saat 21.00-dan, 16-17 yaşlı istifadəçilər isə 22.00-dan etibarən “push” bildirişləri almayacaqlar.

Şirkət bu funksiyaların tezliklə bütün istifadəçilər üçün əlçatan olacağını vəd edir.

Son xəbərlər
Digər xəbərlər