-3 C
Baku
Sunday, December 15, 2024

“TikTok”un sahibi tarixdə ilk dəfə “Alibaba”nı geridə qoyub

“TikTok” sosial şəbəkəsinin sahibi, Çinin “ByteDance” şirkəti 2022-ci ildə rekord gəlir əldə edib, bu barədə öz mənbələrinə istinadən “Financial Times” yazır.

Şirkətin mənfəəti (EBITDA) illik ifadədə 79% artaraq 25 milyard dollara yaxınlaşıb. Bu göstərici “ByteDance”a bazarın əvvəlki liderləri “Tencent” və “Alibaba”nı ötməyə imkan verib ki, onların rəqəmləri müvafiq olaraq 23.9 milyard və 22.5 milyard dollar təşkil edir.

“ByteDance”ın satışları il ərzində 30%-dən çox artaraq 85 milyard dollara çatıb. Buna reklam verənlərin “TikTok” və onun Çin bazarı üçün analoqu “Douyin”ə daha çox pul xərcləməyə başlaması kömək edib.

Son xəbərlər
Digər xəbərlər