“Time” 2023-cü ilin ən nüfuzlu şirkətlərini açıqlayıb, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Onları müəyyən etmək üçün jurnal redaktorlar, müxbirlər və sənaye ekspertlərindən ibarət komandasından müxtəlif kateqoriyalar üzrə (səhiyyə, əyləncə, nəqliyyat, texnologiya və s.) namizədlərin siyahısını tərtib etməyi xahiş edib.
Sonra hər bir şirkət aktuallıq, təsir, innovasiya, liderlik, ambisiya və uğur kimi meyarlara görə qiymətləndirilib.
Pionerlər
Bu kateqoriyada “Novo Nordisk” əczaçılıq şirkəti liderlik edir. Onun diabet üçün “Ozempic” və “Rybelsus” dərmanları 2023-cü ildə ABŞ bazarında ən çox satılanlar arasında olub. Ondan başqa “Pionerlə” kateqoriyasında aşğıdakılar daxildir:
“Google DeepMind” – “Google”un süni intellekt bölməsi;
“Opendorse” – idmançıları sosial mediada tanıtdıran və onlara brendlərlə əlaqə yaratmağa imkan verən platformadır.
“Eviation Aircraft” – kiçik elektrik təyyarəsi istehsalçısı.
“ZeroAvia”- hidrogen mühərriklərin istehsalçısı.
Titanlar
“Titanlar” kateqoriyasına “Disney”, “BYD”, “IBM”, “JPMorgan”, “TikTok”, “LVMH”, “Samsung”, “Apple”, “Microsoft” və “Siemens” daxil olub.
Liderlər
Bu kateqoriyada Kim Kardaşyanın “Skims” markası liderdir. Ondan başqa kateqoriyada “Nvidia”, “Duolingo”, “SpaceX”, “Stripe”, “Brex” və “Patafonia” şirkətləri yer alır.
İnnovatorlar
“İnnovatorlar” kateqoriyasında “Kia” liderdir. Ondan başqa siyahıda “Corcs”, “Formula-1”, “Hugging Face “, “Polygon Labs” və “Runway” görmək mümkündür.
Dağıdıcılar
Şübhəsiz ki, 2023-cü ildə ən aktual mövzulardan biri olan süni intellekt istehsalçısı “OpenAI” bu kateqoriyada birincidir. Ondan başqa kateqoriyaya “Canva”, “StabilityAI”, “Chess.com”, “Discord”, ” Plenty”, “Metaphysic”, “Zipline” və “Ample” daxildir.







