12 C
Baku
Wednesday, December 11, 2024

Time management: Zamanı necə ram etmək olar?

Professional mühitdə “Özümü nə ilə məşğul edim bilmirəm” deyən insanla nadir halda qarşılaşarsınız. Razısınızmı?

Adətən “Vaxt çatdıra bilmirəm”, “Hər şeyi çatdırmaq üçün hardan vaxt tapım?!” və s. tipli ifadələr eşidirik. Və bu müasir həyat tərzi şərtlərində heç də təəccüblü hal deyil.

Banker.az planlaşdırdığınız hər bir şeyi zamanında çatdırmaq üçün dörd sadə qaydaya riayət etməyi təklif edir.

1. Ümumiyyətlə etməmək mümkün olan işi sabaha təxirə salmayın

Hər şeyi yerinə yetirməzdən əvvəl bu “hər şey”-dən lazımsız olan işləri ayırın. Və bu düşündüyünüzdən də çoxdur.

Lazımlı işi təxirə salmaqla stress dağarcığınıza yeni bir qəpik əlavə etmiş olursunuz və bununla belə heç nəyi çatdırmadığınız ilə bağlı vicdan səsiniz də yüksəlir. Belə bir işdən xilas olduqda isə azadlıq və yeni güc axını hiss edirsiniz.

Çıxış yolu: Əksər lazımsız işlərdən ümumiyyətlə imtina edin. Təcililik illuziyadır.

2.  Hər şeyi çatdırmaq üçün başqalarının sizin əvəzinizə edə biləcəyi işləri etməyin

Tamamilə imtina etmək mümkün olmayan işlər vardır. Layihələr irəliyə doğru getməli, problemlər həll edilməli, soyuducu isə doldurulmalıdır.

Lakin bu o demək deyil ki, bütün işləri özünüz icra etməlisiniz. İşi başqalarına da ötürün. Lakin bu o demək deyil ki, öhdəliklərinizin hamısını kiminsə boynuna qoymalısınız. Burada düşünmək lazımdır: müxtəlif insanlar müxtəlif bacarıqlara sahibdir və hər birimiz həyatın müxtəlif mərhələlərindən keçirik. Bu mərhələdə biz başqa bir işlə məşğul olmalıyıq, işi ötürdüyümüz şəxs isə başqa bir işlə.

3. Sizi inkişaf etdirən tapşırıqları başqalarına verməyin

Bəzən tapşırığı ötürməli insana sahib olsanız belə, tapşırığı icra etmək üçün lazım olan bacarıqlar sizin özünüzə lazım ola bilər. Burada uzun müddətli düşünmək lazımdır.

Bir dəfəlik tapşırıqları mütəxəssislərə həvalə edin, qarşılığında ödəniş edin və həyatda bütün işlərinizi zamanında çatdıracaqsınız. Lakin 5 ildən sonra daha yaxşı etməli olduğunuz, uğurunuz üçün həyati vacib əhəmiyyətli işi özünüzün icra etməyiniz daha məqsədəuyğundur.

4. “Etməyə qərar verdiyim işi 100%-lik icra edirəm”

Bu sitata əsaslanaraq bütün işlərinizi zamanında çatdırmaqla yanaşı, onu digərlərindən daha yaxşı şəkildə həyata keçirmiş olacaqsınız.

Əgər bir işi icra etməyə qərar verdinizsə davam edib-etməmək haqqında düşünməyin, bunu digərlərindən necə daha yaxşı etmək barədə düşünün.

Son xəbərlər
Digər xəbərlər