“Tinkoff Bank” bankı “CloudTips” törəmə şirkəti ilə birlikdə nağdsız pul köçürmə xidmətini işə salır, bu haqda “Vedomosti” yazır.
Banker.az xəbər verir ki, bu xidmət vasitəsilə siz ofisiantlar, bərbərlər, barmenlər, kuryerlər və digər xidmət işçilərinə “çay pulu” verə, eyni zamanda musiqiçilərə və artistlərə ianələr edə biləcəksiniz.
Xidmətdən istifadə etmək üçün “CloudTips” da qeydiyyatdan keçməyiniz və şəxsi QR-kodunu almağınız tələb olunur. Aldığınız QR-kod çap və ya vizit kartına əlavə edilə bilər.
Xidmət işçilərinə “çay pulu” göndərmək üçün smartfonun kamerasını QR-koduna yaxınlaşdırmaq və açılan menyuda köçürmənin məbləğini və ödəniş növünü qeyd etmək lazımdır. Əməliyyatı “Apple Pay”, “Google Pay” və ya bank kartının nömrəsini yığmaq yolu ilə həyata keçirilə bilər.
“Çay pulu” alan şəxslər “Tinkoff Bank” kartının sahibləri 5%, digər kartların sahibləri isə 10% komissiya ödəməli olacaqlar. Qeyd edək ki, xidmət işçilərinə köçürə biləcəyiniz “çay pulu” nun maksimal məbləği bank tərəfindən müəyyən edilir.
“Tinkoff Bank” nümayəndələrinin verdiyi məlumata görə, bir il ərzində xidmətə bir neçə min alıcı qoşulacaq, ay ərzində tranzaksiyaların sayı isə milyondan çox olacaq.