2 C
Baku
Saturday, December 14, 2024

“Tinkoff Biznes” Azərbaycana manat köçürmələrinə başlayıb

“Tinkoff Biznes” Rusiyadakı hüquqi şəxslər üçün xaricə valyuta köçürmələri imkanlarını genişləndirib.

Bildirilir ki, Rusiya şirkətləri artıq “Tinkoff” vasitəsilə Azərbaycan, Belarus, Braziliya, Qırğızıstan və Tacikistandan olan həmkarları ilə milli valyutada ödəniş edə bilərlər.

Biznes müştəriləri Azərbaycan manatı (AZN) ilə daxil olan və gedən ödənişləri həyata keçirə bilər. Beləliklə, Rusiya şirkətləri biznes tərəfdaşlarına milli valyutalarda ödəniş edə bilər və ikiqat konvertasiya hesabına maraqlarını itirməməlidir.

“Bir çox Rusiya şirkətləri Azərbaycan, Belarus, Braziliya, Qırğızıstan və Tacikistandan olan sahibkarlarla fəal işləyir. Biz müştərilərimizin üzləşdiyi çətinlikləri başa düşürük və buna görə də yeni ölkələrdə banklarla müxbir əlaqələri inkişaf etdirməyə davam edirik. Xarici tərəfdaşlarla hesablaşmalar üçün əlavə valyutalar xarici köçürmələri daha sürətli və əlavə komissiyalar və ikiqat konvertasiyadan itkilər olmadan həyata keçirməyə kömək edəcək”, – mesajda deyilir.

Son xəbərlər
Digər xəbərlər