11 C
Baku
Wednesday, December 11, 2024

Tokayev qalib gəlir: Qazaxıstan yeni siyasi quruluş formasına keçir

Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində hazırkı Prezident Kasım-Jomart Tokayev 82.45 faiz səslə qalib gəlir.

Ekzitpol göstəricilərinə əsasən, digər namizədlər – Karakat Abden 2.54 faiz səs, Nurlan Auesbaev 2.17 faiz, Jiquli Dayrabayev 3.33 faiz, Meyram Kajıken 2.23 faiz, Saltanat Tursınbekova 2.08 faiz səs toplayıb.

5.2 faiz seçici isə hamıya qarşı olub.

Hazırkı Prezident Kasım-Jomart Tokayev seçkisonrası bəyanatında bildirib ki, Qazaxıstan siyasi quruluşun yeni formasına keçir, konstitusiya islahatı ardıcıl və aydın şəkildə aparılacaq.

“Biz konstitusiya islahatını aydın və ardıcıl həyata keçirəcəyik. Biz ölkənin siyasi quruluşunun yeni formasına keçirik”, – Prezident bildirib.

Kasım-Jomart Tokayev ölkə iqtisadiyyatında köklü dəyişikliklərin olacağını açıqlayıb: “Biz vətəndaşların rifahını yaxşılaşdıracağıq”.

Onun sözlərinə görə, bütün bu məqsədləri həyata keçirmək üçün birlik lazımdır: “Ona görə də hamınızı birliyə səsləyirəm”.

“Qazaxıstan Respublikasında keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm! Bu qələbə sizin dövlət başçısı kimi yüksək nüfuzunuza dəlalət edir və xalqın apardığınız genişmiqyaslı islahatlar və yeni təşəbbüslərə sarsılmaz inamının danılmaz sübutu, eləcə də dövlətimizin müstəqilliyinin təhlükə altında olduğu kritik saatlarda göstərdiyiniz mətanət, qətiyyət və müdrikliyin etirafıdır. Sizə hər zaman xalqın bütöv dəstəyi və hörmətindən istifadə etməyi arzulayıram”, – deyə, bunu Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Tokayevi təbrikində bildirib.

 

Son xəbərlər
Digər xəbərlər