9 C
Baku
Friday, December 13, 2024

Tokayev Rusiyanın ordenindən imtina etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın “Aleksandr Nevski” ordenindən imtina edib.

Bu barədə tengrinews.kz məlumat yayıb.

Bildirilir ki, Rusiya tərəfi Tokayevi Aleksandr Nevski ordeni ilə təltif etməyi təklif edib, lakin o, bundan imtina edib, çünki o, prezidentlik səlahiyyətləri bitənə qədər xarici mükafatları qəbul etməmək qərarına gəlib.

Tokayevin sözçüsü bu məlumatı təsdiqləyib.

Eyni zamanda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Tokayevi “Aleksandr Nevski” ordeni ilə təltif etmək planları olmayıb.

Qeyd edək ki, “Aleksandr Nevski” ordeni 1942-ci ildə təsis edilib, Rusiya ilə əməkdaşlığın inkişafındakı xidmətlərinə görə görkəmli xarici xadimlərə verilir.

 

 

Son xəbərlər
Digər xəbərlər