18 C
Baku
Tuesday, April 23, 2024

Tokio Fond Birjasında indekslər yüksəlib

Çərşənbə günü Tokio Fond Birjasının əsas göstəriciləri ABŞ-da keçirilən prezident seçkisindən sonra səslərin hesablanması fonunda təxminən 2% artıb.

TASS xəbər verir ki, Yaponiya üçün əsas olan və ölkənin 225 aparıcı şirkətinin səhm qiymətlərini əks etdirən “Nikkei” indeksi alış-verişlərin sonunda noyabrın 2-nə (çərşənbə axşamı dövlət bayramı ilə əlaqədar birja işləmirdi – red.) olan qiymətlə müqayisədə 1,72%, başqa sözlə 23 695,23 bəndinə qədər artıb. Birjanın elit birinci hissəsindəki bütün şirkətlərin səhm qiymətlərini fiksə edən daha geniş TOPIX indeksi isə 1,2% artaraq 1627,25 bəndə qədər yüksəlib.

Tokiodakı kotirovkalara ABŞ-ın ticarət meydanlarındakı artım təsir edib. Eyni zamanda, investorlar səsvermə nəticələrinin yubanması səbəbindən hansı namizədin qazanacağından əmin deyil.

Xatırladaq ki, 2016-cı ildə Donald Trampın qələbəsini göstərən ilkin nəticələr fonunda Tokioda birja indeksləri 5% azalmışdı. O zaman Yaponiyada Trampın seçilməsinin ikitərəfli münasibətlərə necə təsir edəcəyi bəlli deyildi, amma indi vəziyyət fərqlidir və Tokio ilə Vaşinqton arasındakı ittifaqda heç bir dəyişiklik gözlənilmir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər