Son illərdə, inkişaf etmiş ölkələrdə, müəssisələrin idarə edilməsində qadınların rolu güclənib.
Bu, bəzi ölkələrdə, xüsusilə də Avropada, ictimai şirkətlərin idarəetmə orqanlarında qadınların minimum təmsilçiliyinə kifayət qədər sərt kvotalarının yaradılması ilə əlaqədərdir. İlk belə kvotalar Norveç tərəfindən verilmişdir. Norveçdə 2003-cü ildə qəbul edilmiş qanuna əsasən ictimai şirkətlərin idarə heyətində qadınların nisbəti ən azı 40% olmalıdır. Son illərdə Norveçin nümunəsini Almaniya, Fransa, Belçika və bir sıra digər ölkələr davam etdirdilər və bir neçə il ərzində 25-40% – həcmində kvotalar tətbiq etdilər Bir sıra ölkələrdə kvotalar məsləhət xarakterlidirlər (Birləşmiş Krallıq) və ya dövlət iştirakı olan şirkətlərdə tətbiq edilir (Finlandiya).