19 C
Baku
Sunday, April 28, 2024

Torpaq hansı hallarda dövlət ehtiyacları üçün alına bilər?

Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ tanınır və qanunla qorunur. Xüsusi mülkiyyət hüququ o mənaya gəlir ki, mülkiyyətçinin razılığı olmadan heç kəs ona məxsus olan daşınar və yaxud da daşınmaz əmlakı əldə edə bilməz və ya məhv edə bilməz.

Xüsusi mülkiyyət hüququna dövlət orqanları da hörmət etməli və müdaxilə etməməlidirlər. Lakin xüsusi mülkiyyət hüququ mütləq hüquq deyil. Yəni, bir sıra hallarda məhdudlaşdırıla bilər. Həmin anlardan biri də torpaqların dövlət ehtiyacları üçün alınmasıdır. Bəs torpaqlar dövlət ehtiyacları üçün hansı hallarda alına bilər?

Aşağıdakı hallarda torpaqlar dövlət ehtiyacları üçün alına bilər:

1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin, o cümlədən magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların çəkilməsi və yaxud da quraşdırılması.

2. Sərhədboyu zolaqda dövlət sərhəddinin mühafizəsinin təmin edilməsi.

3. Müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi.

4. Dövlət əhəmiyyətli dağ mədən obyektlərinin tiilməsi.

5. Dəniz limanı ərazisinin artırılması.

Xüsusi mülkiyyətdə olan torpaq sahəsi dövlət ehtiyacları üçün mülkiyyətçinin razılaşdırılması ilə, belə razılaşma olmadığı halda isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə alına bilər.

Mənbəe-huquq.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər