10 C
Baku
Thursday, December 12, 2024

Torpaq vergisinin tutulması, hesablanması və ödənilməsi

Müəssisələrin torpaq vergisi hesabatlarını təqdim etməsi müddətinə az qalır. Bu mövzuda maraq doğuran məsələləri maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.

Torpaq vergisinin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində, mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələrdir. Burada bir məqama xüsusi diqqət yetirilməlidir ki, mülkiyyətində bina və ya binanın bir hissəsi olan şəxslər də torpaq vergisi ödəyicisi hesab edilir. Çünki bina hansısa torpaq sahəsi üzərində dayanır və beləliklə əmlakın sahibi həmin torpaq sahəsinin istifadəçisinə çevrilir.

Kənd təsərrüfatı torpaqları üçün torpaq vergisi dərəcəsi hər 100 kvadratmetr üçün 2 manat müəyyən edilib. Təyinatı üzrə istifadə olunan kənd təsərrüfatı torpaqları və ya suvarma, meliorasiya və ya digər aqrotexniki səbəblərdən istifadəsi mümkün olmayan ərazilərə verginin hesablanması 1 şərti nöqtə üçün 0,06 manat nisbətində hesablanır. Bu bəndlər, eləcə də bu növ torpaqların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənir.

Bütün digər hallarda, torpaq vergisi Vergi Məcəlləsinin 206.3 maddəsində qeyd olunmuş cədvələ əsasən hesablanır.Məsələn, Bakı şəhərinin ərazisində yerləşən 65 kvadratmetr bağ sahəsi olan torpaq üçün vergi məbləği bu cədvələ əsasən 65:100×0.60 AZN = 0.39 AZN təşkil edəcək.

Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.

screenshot 20210501 132953 office

Tutaq ki, “Payçı” şirkəti Bakı şəhərində 20.000 kvadratmetr ərazidə yerləşən beşmərtəbəli ofis binasının birinci mərtəbəsinin sahibidir. Bu şirkətin nə qədər torpaq vergisi ödəməli olduğunu hesablamaq üçün əvvəlcə binanın tutduğu ərazinin ümumi torpaq vergisini hesablayırıq. Yuxarıdakı cədvəldən göründüyü kimi, bu binanın sahəsinin 10.000 kvadratmetrə qədəri üçün torpaq vergisi hər 100 kvadratmetr üçün 10 manat dərəcəsi ilə, 10.000 kvadratmetrdən artıq sahəsi üçün isə hər 100 kvadratmetr üçün 20 manat dərəcəsi ilə hesablanmalıdır.

10.000:100 x 10 + 10.000:100×20 = 3000 kvadratmetr.

Bununla birlikdə, “Payçı” şirkəti binanın hamısına sahib olmadığı üçün verginin hamısını onun ödəməsi tələb olunmur. Dövlət reyestrindən binanın, məsələn, 18.000 kvadratmetrinin bu şirkətə aid olduğu barədə məlumat alırıq. Bundan sonra tikintinin aparıcısından və ya əmlakı şirkətə satan şəxsdən binanın ümumi sahəsi haqqında məlumat əldə etməliyik (bunu binanın yerləşdiyi sahə ilə qarışdırmaq olmaz!). Tutaq ki, binanın ümumi sahəsi 104.000 kvadratmetrdir. Deməli, “Payçı” şirkəti üçün torpaq vergisinin məbləği

18.000:104.000×3.000 = 519.23 manat olacaq.

Torpaq vergisi bəyannamələri müəssisələr tərəfindən hər il may ayının 15-dək illik təqdim edilir, 15 avqust və 15 noyabr tarixlərinə qədər bərabər hissələrlə ödənilir.

Fiziki şəxslər üçün torpaq vergisinin hesablanması iyulun 1-dən əvvəl yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir və bu barədə avqustun 1-dək fiziki şəxsə məlumat verilir. Nəhayət, fiziki şəxsin torpaq vergisi üzrə xərcləri gəlir vergisi bəyannaməsinə (gəlir) gəlirdən çıxılan xərc kimi daxil edilə bilər.

Son xəbərlər
Digər xəbərlər