Yaponiyanın “Toshiba” korporasiyasının rəhbərliyi “potensial investorlar və sponsorlardan strateji alternativlər, o cümlədən özəlləşdirmə” üçün müraciətlərin toplanmasına başladığını elan edib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Alıcıların axtarışı və müraciətlərə baxılmasında maliyyə məsləhətçisi kimi “Nomura Securities” investisiya bankı seçilib. Müraciətlər “Toshiba”nın səhmdarlarının iyun ayında keçiriləcək ümumi yığıncağına qədər qəbul ediləcək.
Şirkətin satışının faktiki elanı Tokio Fond Birjasında onun səhmlərinin təxminən 5% artmasına səbəb olub. Xatırladaq ki, bir il əvvəl “Toshiba” “CVC Capital Partners” investisiya fondundan alış təklifi alıb. Sövdələşmənin həcmi təxminən 20 milyard dollar ola bilərdi, lakin direktorlar şurası “ondan imtina etmək qərarına gəldiyi üçün” planlar baş tutmamışdı.