“TotalEnergies” bərpaolunan enerjiyə hər il 4 milyard dollar investisiya qoyur.
Bu sözləri “TotalEnergies”in Azərbaycan üzrə Bərpaolunan enerji mənbələri sektorunda biznes İnkişafı üzrə baş mütəxəssis Çingiz Orucov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
“Biz Azərbaycanda 500 meqavat bərpaolunan enerji layihəsinin inkişaf etdirilməsi üzərində işləyirik. Regionda interkonnektorluq çox vacibdir”, – deyə o bildirib.