19 C
Baku
Tuesday, September 30, 2025

“TotalEnergies” neft qiymətlərinin enməsi səbəbindən xərcləri $7.5 milyard azaldır

Fransanın neft-qaz şirkəti “TotalEnergies” yaxın beş il ərzində xərclərini 7.5 milyard dollar azaldacağını bildirib. Şirkət 2026-cı ilə qədər xalis kapital xərclərini 16 milyard dollara, 2027–2030-cu illər ərzində isə ildə 15–17 milyard dollar səviyyəsinə endirəcək. Bu, əvvəlki planlardan ildə 1 milyard dollar azdır. “TotalEnergies” vurğulayıb ki, kəşfiyyat və hasilat sahəsində yüksək gəlirlilik gətirən layihələrə diqqət yetirməyə davam edəcək.

“Financial Times” qəzetinin hesablamalarına görə, bu göstərici 2020-ci ilə yaxınlaşır – həmin vaxt COVID-19 pandemiyası dövründə neft qiymətləri kəskin şəkildə aşağı düşmüşdü. Şirkət həmçinin bərpa olunan enerji mənbələrinə qoyulan xərclərin də azaldılacağını ehtimal edir.

Banklar və enerji sahəsi üzrə ekspertlər hesab edirlər ki, qlobal bazarda neftin artıq təklifi gələn il qiymətlərin bir barel üçün 50 dollara və ya daha aşağıya enməsinə səbəb ola bilər. Bu isə “Chevron” və “BP” kimi şirkətlərin ixtisarlar aparmasına, bəzi şirkətlərin, məsələn, İtaliyanın “Eni” şirkətinin isə kapital xərclərini azaltmasına gətirib çıxarıb.

Son xəbərlər
Digər xəbərlər