9 C
Baku
Friday, December 13, 2024

“TotalEnergies”in mənfəəti ikinci rübdə 6% azalıb

Fransanın “TotalEnergies” neft-qaz şirkətinin mənfəəti bu ilin ikinci rübündə 6 faiz azalıb.

Nəticə analitiklərin gözləntilərindən aşağı olub.

Belə ki, şirkətin ikinci rüb ərzində – iyunun 30-na kimi xalis gəlirləri 4.7 milyard dollar olub. Bu göstərici ötən ilin eyni dövründə 4.96 milyard dollar, bu ilin birinci rübündə isə 5.1 milyard dollar olub.

Analitiklər ikinci rübdə ötən illə eyni, 4.96 milyard dollar gəlir gözləyirdilər.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər