11 C
Baku
Wednesday, December 11, 2024

“Total”ın neft emalı zavodunda tətil Fransanın nəqliyyat sistemini iflic vəziyyətinə salıb

Fransada “TotalEnergies” və “Esso-ExxonMobil” şirkətlərinin neft emalı zavodları və yanacaq anbarları işçilərinin tətili ölkəni iflic vəziyyətinə salıb. Hökumətin sözçüsü artıq dövlətin müdaxilə edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Fransa hökumətinin məlumatına görə, ölkədə yanacaq stansiyalarının 29 faizdən çoxu çətinliklə üzləşib.

Hökumətin sözçüsü Olivye Veran televiziya vasitəsilə neft emalı zavodlarında tətilin dərhal dayandırılmasına çağırıb, hətta dövlətin müdaxiləsi ilə hədələyərək xəbərdarlıq edib.

Nəqliyyat naziri Kleman Bon da xəbərdarlıq edərək deyib: “Zavodların blokadaya alınmasının davam etməsinə imkan verməyəcəyik. Vəziyyət həll olunmasa, əlavə tədbirlər görəcəyik”.

İqtisadiyyat naziri Brüno lö Mer isə təcili tədbirlər görülməsinin vacibliyinin vurğulayaraq, “Fransızlar CGT həmkarlar İttifaqı və “Total” şirkəti arasında münaqişənin qurbanı ola bilməzlər” deyib.

Fransanın Baş naziri Elizavet Born isə strateji yanacaq ehtiyatlarının istifadəyə buraxıldığını, vəziyyətin nisbətən yaxşılaşacağını bildirsə də, yanacaqdoldurma məntəqələri qarşısında heç bir dəyişiklik olmayıb.

Ölkədə yanacaq çatışmazlığına görə nəqliyyat sistemi iflic vəziyyətindədir və yanacaqdoldurma məntəqələri qarşısında növbələr saatlarla davam edir.

Qeyd edək ki, Fransada artıq bir neçə həftədir “Total” şirkətinin neft emalı zavodunun işçiləri tətil edirlər. Həmkarlar İttifaqları 2022-ci il üçün əməkhaqqının 10 faiz, inflyasiyanı kompensasiya etmək üçün 7 faiz artım, həmçinin “Total” qrupunun qazandığı mənfəətin 3 faizini tələb edirlər.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər