-1 C
Baku
Sunday, December 15, 2024

Toxumluq kartof üzrə yeni yaradılan kartof sortlarının təqdimatı

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)- Azərbaycan Tərəfdaşlıq Proqramı üzrə icra edilən “Azərbaycanda sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması” layihəsi çərçivəsində yeni yaradılan kartof sortlarının təqdimatına dair tədbir baş tutub.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda baş tutan tədbirin əsas məqsədi toxumluq kartof istehsalı, məhsulların tanıdılması və satışında maraqlı olan potensial toxum şirkətləri və fermerləri bir araya gətirmək idi. Tədbirin iştirakçılarına layihə çərçivəsində görülmüş işlər barədə məlumatlar verilib və İnstitutun biotexnologiya laboratoriyasında aparılan təqdiqatlar və istixanada yetişdirilmiş yeni kartof sortları təqdim olunub. Tədbirdə layihə çərçivəsində nəşr edilən “Kartof bitkisində yayılmış xəstəlik və zərərvericilərin diaqnostikası” adlı əyani vəsaitin təqdimatı da baş tutub.

Azərbaycanda ilk dəfə olaraq laboratoriya şəklində istehsal edilən sağlam kartof toxumları çoxaldılaraq artıq açıq sahədə əkilir və növbəti illərdə yüksək keyfiyyətli toxum əldə edilməsi üçün istifadə edilməsi planlaşdırılır. Bu prosesin eyni zamanda özəl təsərrüfatlarda da genişləndirilməsi nəzərdə tutulur. İnnovativ üsullar tətbiqi ilə bu sahədə həm məhsuldarlığı həm də gəliri yüksəltmək hesabına, kartof toxumçuluğu təsərrüfatlarının genişləndirilməsi planlaşdırılır.

Hazırda FAO-nun dəstəyi ilə İnstitutun nəznində yaradılan laboratoriyalarda mütəxəssisələrin hazırlanması həyata keçirilir və mini yumruların (kartof sortu) istehsalının genişləndirilməsi üçün müvafiq tədbirlər davam etməkdədir.

Foto 1 min scaled foto 3 min scaled foto 4 min scaled

Son xəbərlər
Digər xəbərlər