8 C
Baku
Thursday, December 12, 2024

“Toyota” 2025-ci ilədək 15 elektromobil modeli buraxacaq

Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor Corporation” yeni strategiyasını elan edib. Şirkət elektrikli avtomobillərin istehsalı ilə məşğul olacaq və 2025-ci ilədək 15 elektromobil modeli buraxacaq.

“The Verge” nəşri xəbər verir ki, ilk elektrikli avtomobil 2021-ci ilin sonuna kimi təqdim edilə bilər.

Ümumilikdə isə “Toyota” 2025-ci ilədək hibrid modellər və yanacaq özəkləri olan elektromobillər daxil olmaqla 70 yeni avtomobil buxacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər